Əfqanıstanda partlayış, ölənlər var

Əfqanıstanın şimalında yerləşən Faryab əyalətinin Dövlət Abad rayonunda, partlayış nəticəsində 4 uşaq həyatını itirib.

1199024
Əfqanıstanda partlayış, ölənlər var

Faryab polis idarəsinin sözçüsü Abdulkərim Yuriş Bu barədə məlumat verib. O bildirib ki, Dövlət Abad şəhərinin Çarşangu kəndində boş bir ərazidə yerləşdirilmiş bomba uşaqların qoyun otlatdıqları əsnada partlayıb. Hadisə niticəsində 4 uşaq həyatını itirib, 5-i ağır yaralanıb. Bombanın terror təşkilatı taliban tərəfindən qoyulduğu ehtimal olsa da,  taliban hadisə ilə bağlı açıqlama verməyib. 



Әlaqәli Xәbәrlәr