ABŞ İrana yeni sanksiya tətbiqinə dair qərar imzaladı

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp İrana dəmir, polad, mis və alüminium sektorlarına sanksiya tətbiqini nəzərdə tutan qərarı təstiq etdi. Ağ Ev qərarı yazılı şəkildə açıqladı.

1197786
ABŞ İrana yeni sanksiya tətbiqinə dair qərar imzaladı

Qərarın təsdiq edilməsiylə ABŞ rəhbərliyinin İranın dəmir, polad, alüminium və mis sektorlarına sanksiya tətbiqi başlayır.

Tramp, ABŞ-ın İran ilə nüvə razılaşmasından təktərəfli çıxmasının birinci ildönümündə təsdiq etdiyi yeni qərarnamə ilə bağlı şərhində: "İranın qeyri-neft ixrac gəlirlərinin ən əhəmiyyətli mənbəyi hesab edilən dəmir, polad, alüminium və mis sektorlarına sanksiya tətbiqini nəzərdə tutan qərarı təsdiq etdim. İran nüvə razılaşması prosesi çərçivəsində terror təşkilatlarına dəstək verməkdə davam etdi. Raketlər buraxdı və regional qarşıdurmalara qatıldı. ABŞ-ın tədbirləri qarşısında daha İran   dəstək verdiyi terrora  təşkilatlarına vəsait ayırmaqda çətinlik çəkir. İqtisadiyyatı hər keçən gün məhv olur. Gəlir mənbələri quruyur. İnflyasiyaya nəzarət qeyri mümkün hal alır”-deyə  tramp  vurğulayıb.

Xatırladaq ki, Trampa rəhbərliyi 8 May 2018-ci ildə nüvə razılaşmasından təktərəfli olaraq çıxdığını elan etdi. Daha sonra İranın neft ixracına dair sanksiya tətbiq etdi. Ötən ay isə İran İnqilab keşikçiləri qorpuzunu "xarici terror təşkilatları" siyahısına saldı.

İranın xarici işlər naziri Cevad Zərif  isə dünən yaydığı bəyanatında ABŞ-ın nüvə razılaşmasından təktərəfli çıxmasına cavab olaraq, nüvə fəaliyyətlərinin bir hissəsinə yenidən başlayacaqlarını bildirdi.



Әlaqәli Xәbәrlәr