Suriyada rejim qüvvǝlǝri İdlib şǝhǝrinǝ  ağır  zǝrbǝlǝr endirdilǝr

Suriyada rejim qüvvələrinin İdlib şəhərinə istiqamətli hava hücumları nəticəsində dinç əhalidən 4 nəfər həyatını itirib.

1196364
Suriyada rejim qüvvǝlǝri İdlib şǝhǝrinǝ  ağır  zǝrbǝlǝr endirdilǝr

Əsəd rejimi və onun tərəfdarları, Hama şəhərinin şimal və qərb məhəllələri ilə İdlibin cənub-şərq və cənub-qərbində yerləşən kəndlərə ağır zərbələr endirib.

Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə hücumlar nəticəsində İdlib şəhərinin Serakib rayonunda bir, Ureynib və Baarboda isə üç dinç sakin həyatını itirib. Bildirilir ki, bombalanan ərazilərdə bölgə xalqı tərəfindən başladılan axtarış və xilasetmə fəaliyyətləri davam edərkən, bir çox adam isə evini terk edir. Rayonlardan ayrılanların çoxu Hatayın Reyhanlı rayonu qarşısında yerləşən Atme, Deyr Həssən Kah və Kefer Lusin düşərgələrinə sığınırlar.



Әlaqәli Xәbәrlәr