Koalisiya YPG/PKK-nın neft tankerlərini vurdu

ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiya qüvvələri Suriyada Deyrizor  vilayətində terror təşkilatı YPG/PKK işğalındakı Bəşər Əsəd rejiminin nəzarətindəki bölgəyə neft daşıyan tankerləri vurub.

1196892

Deyrizordakı yerli qaynaqlardan əldə edilən məlumata görə, ABŞ başçılığındakı koalisiya qüvvələri Deyrizorda YPG/PKK işğalındakı bölgədən Bəşər Əsədin nəzarətindəki bölgəyə Fərat çayı üzərindən neft daşıyan tankerləri havadan vurub.

Şuheyl bölgəsindən Bukris bölgəsinə neft daşıyan tankerləri dayandıran koalisiya qüvvələri barelləri müsadirə edib. Neft daşıyanlar isə hadisə mahalından qaçıb.

Hadisənin Deyrizor vilayətində YPG/PKK- nefti oğurlaması qarşısında son günlərdə keçirilən etirazlardan sonra baş verməsi diqqət çəkib.

YPG/PKK işğalındakı sahələrdən çıxarılan nefti Əsəd rejimilə bölüşür. Terror təşkilatı çıxardığı nefti Fərat çayının üzərindən daşıyaraq Əsəd rejiminə satır.

Әlaqәli Xәbәrlәr