İran və İraq prezidentləri arasında telefon danışığı oldu

İran prezidenti Həsən Ruhani ilə iraqlı həmkarı Berhem Saleh arasında telefon danışığı oldu.

1196626
İran və İraq prezidentləri arasında telefon danışığı oldu

İran prezidenti Həsən Ruhani ilə iraqlı həmkarı Berhem Saleh arasında telefon danışığı oldu.
 
 İran Prezident Aparatından verilən məlumata görə, Ruhani ilə Salehin telefon görüşündə iki ölkə arasında bağlanan müqavilələrin həyata keçirilməsi məsələsi müzakirə edilib.
 
Telefon danışığında İraqdakı sabitlik və təhlükəsizliyin sevindirici hal olduğunu qeyd edən Ruhani iki ölkə arasında bağlanan müqavilələrin sürətlə həyata keçirilməsini arzu etdiyini bildirib.
 
 İraq ilə İranın regional və beynəlxalq həssas məsələlərdə bir-birinə yaxın görüşlərə malik olduğunu vurğulayan Ruhani region ölkələri ilə də yaxın münasibətlər qurmaq niyyətində olduqlarını ifadə edib.
 
 Ruhani Amerika Birləşmiş Ştatlarının regionu qeyri-sabitliyə sürükləyəcək addımlar atdığına işarə edərək, bunların nəticələrinin ABŞ-ın zərərinə olacağını söyləyib.
 
 İraq dövlət başçısı Berhem Saleh də, İran ilə əlaqələri inkişaf etdirməyin tərəfdarı olduqlarını bildirib, bağlanan müqavilələrin həyata keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr