İdlibə istiqamətli hücumlar davam edir

Suriyada “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki yaşayış məntəqələrinə qurudan və havadan təşkil edilən hücumlar nəticəsində 2-si uşaq, 4-ü qadın cəmi 10 dinc vətəndaş həyatını itirib.

1195862
İdlibə istiqamətli hücumlar davam edir

Suriyada “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki yaşayış məntəqələrinə qurudan və havadan təşkil edilən hücumlar nəticəsində 2-si uşaq, 4-ü qadın cəmi 10 dinc vətəndaş həyatını itirib.

Bəşər Əsəd rejimi və tərəfdarları gecə saatlarından etibarən Həmanın şimal və qərb kəndində Mtusj, Latamine, Kefer Zita və Kifrenbude rayonları, Madik Qalası mahalı, Zeyzun, Əl İnkavi, Əl Hüveyz, Əl Huveyce, Əl Havvaş, Hdl Es Sahır və Əl Zəkat kəndlərinə, İdlibin cənub-şərq və cənub-qərbində Kifrenbil rayonu, Əl Habit, Has, Əl Knidde, Ureynibe, Şinan və Rubi əl  Cüz kəndlərinə hava və qurudan şiddətli hücumlar təşkil edir.

 Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarına görə, gecə saatlarından etibarən edilən hava hücumlarında İdlibe bağlı Ureynibe kəndində 4, Rubi Əl Cüzdə 4 və Şinan kəndində 2 olmaqla cəmi 10 mülki vətəndaş həyatını itirib.

Mülki müdafiə briqadaları intensiv bombardman altında axtarış-xilas etmə işlərini davam etdirir.

 Müxaliflərə aid təyyarə rəsədxanası Rubu Əl Cüz və Şinan kəndlərinə edilən hava hücumlarına dair sosial media hesabından verdiyi açıqlamada "Lazkiyedeki Hımeymim bazasından Rusiyaya məxsus döyüş təyyarələri qalxdı” məlumatı bölüşdü.

 Hücumlardan sonra bölgələrdə yaşayan vətəndaşlar köç etməyə davam edir. Çox sayda mülki Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunun qarşısındakı Atme, Deyr Hassan Kah və Kefer Lusindeki düşərgələrə sığınır.

 İdlib “İdlib deeskalasiya bölgəsi”  sərhədləri içərisindəki mülki mövqelərə son 4 gündə edilən hücumlarda ən azı 59 mülki vətəndaş həyatını itirdi.

 Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) aprel ayı hesabatında, Əsəd rejiminin hücumlarında 127 mülki vətəndaşın, Rusiyanın hava zərbələrində isə 13 vətəndaşın öldüyü bildirilmişdi.

Rejim qüvvələri Türkiyə ilə Rusiya arasında sözügedən bölgədəki atəşkəsi möhkəmləndirmək üçün 17 sentyabr 2018-ci ildə Soçidə imzalanan razılaşmaya baxmayaraq hücumlarını davam etdirir. Astana müqavilələri çərçivəsində Əsəd rejiminin təminatçısı olan Rusiyanın rejim hücumlarının qarşısını almaq öhdəliyi var.



Әlaqәli Xәbәrlәr