Avropa İttifaqı Bәşәr Әsәd rejiminin hücumlarına reaksiya göstәrdi

Avropa İttifaqı Suriyada Bәşәr Әsәd rejimi vә havadarlarının İdlibә endirdiyi endirdiyi zәrbәlәri qınayıb.

1194578
Avropa İttifaqı Bәşәr Әsәd rejiminin hücumlarına reaksiya göstәrdi

 

Avropa İttifaqı Suriyada Bәşәr Әsәd rejimi vә havadarlarının İdlibә endirdiyi endirdiyi zәrbәlәri qınayıb.

Avropa İttifaqı Komissiyasının mәtbuat xidmәtindәn verilәn mәlumatda İdlib vә Xamanın şimalına son günlәrdә endirilәn zәrbәlәrin intensivlәşdiyi bildirilib.

Mәlumatda İdlibdәki dinc sakinlәrin tәhlükәsizliyinin tәmin edilmәsinin vacibliyi vurğulanıb. Mәlumatda hәmçinin bölgәyә humanitar yardımların çatdırılmasının әhәmiyyәtinә diqqәt yetirilib..

Qeyd edәk ki, Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә havadarları  terror qruplaşmaları Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr