İran: “ABŞ bölgədǝki bütün problemlərin mənbəyidir”

Amerika Birləşmiş Ştatlarınin Hürmüz boğazını etibarsız hala gətirməsinə icazə vermərik. Bunu İran xarici işlər naziri Cavad Zərif deyib.

1193876
İran: “ABŞ bölgədǝki bütün problemlərin mənbəyidir”

Əl-cəzirə telekanalı müsahibə verən Xarici işlər naziri Cavad Zərif ABŞ ilə gərginliyin artırılmasının İranın mənfəətinə olmayacağına diqqət çəkib.

O : " Bəsrə körfəzi və Hürmüz boğazının bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini dəfələrlə səsləndirdik. Biz Bəsrə körfəzi və Hürmüz boğazının İran da daxil olmaqla bütün ölkələr üçün etibarlı və azad olmasını istəyirik. ABŞ Hürmüz boğazını bizim üçün etibarsız hala gətirməkdə cəhd edərsə buna icazə vermərik. ABŞ İranı bölgədəki qeyri-sabitliyin mənbəyi olaraq xarakterizə edir. İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələr də bir çox hadisədən bizi məsul tuturlar. Bəs soruşuram, Sudan və Liviyaya kim müdaxilə edir? Hansı ölkələr Qətəri mühasirəyə saldı. Türkiyədə kim çevriliş planı həyata keçirməyə cəhd etdi. Cərəyan edən bu proseslərə baxdıqda gerçəklər müşahidə olunur. Ağ Evin Milli Təhlükəsizlik üzrə Məsləhətçisi John Bolton, İsrail Baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı vəliəhd Şahzadəsi Məhəmməd Bin Səlman və Əbu Dabi vəliəhd Şahzadəsi Məhəmməd Bin Zayid İrana qarşı müharibə çağrışlarından imtina etmirlər. ABŞ-ın Orta Şərq ölkələrinə müdaxiləsi bölgəni məhv etdi. Prezident Donald Tramp bölgə ilə əlaqəli planlarını həyata keçirmək üçün 7 trilyon dollar xərclədiyini irəli sürür. Bu da bölgəmizdə ağır təxribat yaratdıqlarının bariz etirafı hesab edilir”-deyə Zərif vurğulayıb.



Әlaqәli Xәbәrlәr