Qətərdə "Şahin 21" hərbi hava təlimləri keçirilir

Qətərdə Türkiyə Hərbi Hava Qüvvələrinin də iştirak etdiyi "Şahin 21" hava təlimləri keçirilir.

1191124
Qətərdə "Şahin 21" hərbi hava təlimləri keçirilir

Qətərdə Türkiyə Hərbi Hava Qüvvələrinin də iştirak etdiyi "Şahin 21" hava təlimləri keçirilir.
 
 Xəbəri Qətər informasiya agentliyi QNA yaydı.

Xəbərə görə, Qətər Hərbi Hava Qüvvələrinin paytaxt Dohada keçirdiyi təlimlərə Türkiyə Hərbi Hava Qüvvələri ilə yanaşı, ABŞ-ın hərbi birlikləri, Qətər Daxili İşlər Nazirliyi, sahil təhlükəsizlik, dəniz qüvvələri və birgə xüsusi qüvvələrdən ibarət birliklər qatılıblar.
 
 Xəbərdə Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik  Qanim bin Şahin əl-Ganimin dünən təlimlərin keçirildiyi bölgəyə səfər etdiyi barədə məlumat verilir.
 
Ölkədə aprelin 23-də başlayan təlimlərin aprelin 30-də başa çatacağı bildirilir.
 

Qeyd edək ki, Qətərdə son iki ildə Türkiyə və ABŞ-ın ida ştirak etdiyi bir sıra hərbi təlimlər təşkil olunub.



Әlaqәli Xәbәrlәr