Nur-Sultanda keçirilən Suriya mövzulu yığıncaq davam edir

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Suriya mövzulu 12-ci zamin ölkələr yığıncağı zamin ölkə nümayəndələri, Bəşər Əsəd rejimilə hərbi müxalifət heyətlərinin ikili və üçtrəfli görüşlərilə davam edir.

1190187

İkinci gündə Bəşər Cəfəri başçılığındakı  rejim və hərbi müxalifət heyətlərinin də ayrı-ayrı görüşlər keçirdiyi yığıncaq Türkiyə vaxtı ilə saat 07.00 radələrində Türkiyə, Rusiya və İranın üçtərəfli görüşü ilə başlayıb.

Qeyd edək ki, Türkiyə heyətinə Xarici İşlər nazirinin müavini Sədat Önal, Rusiya heyətinə prezident Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev, İran heyətinə isə Xarici İşlər nazirinin müavini Əli Aşgar Hadji rəhbərlik edir.

İordaniya, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Qızıl Xaç nümayəndələri müşahidəçi kimi iclaslarda iştirak edirlər.

Yığıncaqlarda “İdlib deeskalasiya bölgəsi” və Suriyanın şimal-şərqindəki vəziyyət, toqquşan tərəflər arasında etimadı artıracaq tədbirlər, qaçqınların geri qayıtması, humanitar vəziyyət və müharibədən sonra bərpa işləri müzakirə edililir.

Türkiyə, Rusiya və İran arasındakı Astana formasındaki görüşlər 2017-ci ilin yanvar ayından bəridir keçirilir.

Әlaqәli Xәbәrlәr