İraq Türkmən Cəbhəsinin qurulmasından 24 il ötür

İraq Türkmən Cəbhəsinin (İTC) qurulmasının 24-cü ildömünü Kərkükdə keçirilən mərasimdə qeyd olundu.

1190205
İraq Türkmən Cəbhəsinin qurulmasından 24 il ötür

İraq Türkmən Cəbhəsinin (İTC) qurulmasının 24-cü ildömünü Kərkükdə keçirilən mərasimdə qeyd olundu.

Mərasimdə Kərkük valisi Rakan Said, İraq Türkmən Cəbhəsinin sədri Erşet Salehi və millət vəkillərilə xeyli sayda regional səlahiyyətli iştirak edib.

İraq Türkmən Cəbhəsinin sədri Salehi “İTC qurulduğu gündən bəridir Türkmənlərin hüquqlarının ən böyük müdafiçəsi oldu” deyib.

İraqın bütöv olaraq güclü bir ölkə olacağına inandıqlarını dilə gətirən Salehi İraqda məzhəb və etnik ayrı-seçkilərlə bağlı planların əleyhinə olmaqda davam edəcəklərini söyləyib.

İraq başda olmaqla bütün bölgə ölkələrinin birlik və bütövlüyünün təhdid altında olduğunu vurğulayan Salehi bölgəyə istiqamətli çirkin planların dayandırılmasının ancaq İran, Türkiyə, İraq, suriya və Körfəz ölkələrinin birgə hərəkət etmələrilə mümkün olacağını ifadə edib.

Salehi həmçinin, İTC-nin Kərkükdə bütün qrupları ehtiva edən bir hakimiyyət olmasının vacibliyinə inandığını xatırladaraq, bütün üçün Türkmən, Kürd və Ərəb millət vəkilləri və nümayəndələrinin birgə müxtəlif addımlar atdığını bildirib.



Әlaqәli Xәbәrlәr