Neft bazarında İranın mövqeyi ələ keçirilə bilməyəcək

Nef bazarında heç bir ölkə İranın mövqeyini ələ keçirə bilməyəcək. Buna icazə vermiyəcəyik. Bu barədə İran Xarici işlər nazirliyinin sözçüsü Abbas Musəvi, açıqlama verib.

1189826
Neft bazarında İranın mövqeyi ələ keçirilə bilməyəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran neftini hədəf götürən sanksiyalarına dəstək verən Səudiyyə Ərəbistanı və Bəhreyni qınayan Abbas Musəvi bu iki ölkə ABŞ-nın birtərəfli sanksiyalarına dəstək vermənin nəticələrindən bixəbərdilər deyib. Heç bir ölkənin neft bazarında İranın mövqeyini ələ keçirəbilməyəcəyini ifadə edən sözçü, sanksiya tətbiqiylə yaranacaq hər şeyin əsas məsulunun ABŞ və bu iki körfəz ölkəsi olacağını vurğulayıb. Bəzi ölkələrin bu düşmənliyini İran hökuməti və xalqının əsla unutmayacağına diqqət çəkib.

İki gün əvvəl Səudiyyə Ərəbistanında 37 adamın edam edilməsinə də reaksiya verən sözçü Riyad rəhbərliyini ABŞ-ın dəstəyilə bölgədə təhrikedici siyasət izləməkdə ittiham etdi.



Әlaqәli Xәbәrlәr