Dmitri Medvedev: “İki ölkə arasında yenidən güclü əlaqələr bərpa edilə bilər”
Rusiyanın Baş naziri Dmitri Medvedev, Ukraynanın yeni rəhbərliyini məntiqli siyasət izləmiyə çağırıb və Ukrayna ilə Rusiya arasındakı qarşılıqlı güclü əlaqələr üçün hələ də imkan olduğunu bildirib.
Medvedev sosial media hesabından verdiyi açıqlamada Vladimir Zelenskinin Ukraynada prezident seçkilərindəki qələbəsinə münasibət bildirib: “Ukrayna ilə Rusiya arasında əlaqələrin normallaşması üçün əvvəlcə ölkənin şərqindəki vəziyyət daxil olmaqla, bütün siyasi gerçəkləri nəzərə alan dürüst, praqmatik və məsul bir yanaşmaya zərurət var. Buna görə yeni Ukrayna hökumətinə məntiq çağırışı edirik. İki ölkə xalqları arasında dərin əlaqələrin dəyərini idrak etmək siyasi konyunkturdan daha üstün olmalıdır. Rusiya ilə Ukrayna arasında məhv edilən iqtisadi əlaqələrin yenidən bərpa edilməsi milyonlarla Ukraynalının sosial problemlərinin həllinə töhfə verəcək”-deyə Medvedev vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir