İran: “S.Ərəbistanı və Bəhreyn terrora dəstək verir”

İran, ABŞ-ın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salma qərarını yüksək qiymətləndirən Səudiyyə Ərəbistanı və Bəhreyni terroru dəstəkləməkdə günahlandırıb.

1180754
İran: “S.Ərəbistanı və Bəhreyn terrora dəstək verir”

Bu barədə İran Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasimi yazılı açıqlama verib. O,bəyanatında: "Bəzi region ölkələri gözlərini və qulaqlarını bağlayıb bölgədən kənar güclərin dediklərinə tabe olmağı adət halına gətiriblər". Qasimi bu iki ölkəni regional və qlobal terroru dəstəkləməkdə günahlandırıb. Xatırladaq ki, ABŞ keçən gün İran İnqilab Keşikçilərini terrorçu təşkilatlar siyahısına saldığını açıqladı. Buna qarşılıq olaraq İran da ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına daxil etdiyini bildirdi.



Әlaqәli Xәbәrlәr