Prezident H.Ruhani ABŞ-nı terrora dəstək verməklə ittiham edib

İran Prezidenti Həsən Ruhani “Milli Nüvə Texnologiyası Günü” münasibətilə  təşkil  edilən  mərasimdə ABŞ-ın İran İslam İnqilab Keşikçilər Korpusu (SEPAH)-ı terror təşkilatı elan etməsinə münasibət bildirib

1179892
Prezident H.Ruhani ABŞ-nı terrora dəstək verməklə ittiham edib

Həsən Ruhani çıxışı zamanı: İran İslam İnqilab Keşikçilər Korpusu (SEPAH) xalqın sabitliyi və təhlükəsizliyi üçün gecələr yuxusuz qalan şəxslərdir ki, onlar həmişə İranın müqavimətində və müdafiəsində bayraqdar olublar.   Bu gün dünya imperializmi və Amerika öz nifrətini bölgə xalqlarına xidmət göstərən SEPAH-ı terrorçu adlandlırmaqla ifadə edib. Dünyanın heç biri ölkəsi iddia edə bilməz ki, İran xalqı qədər terrora qurban verib. İran xalqı böyük dövlətlər tərəfindən idarə edilən terrorçuların qurbanıdır. Bu gün ölkəmizdə 17 mindən çox günahsız insan terrorun qurbanı olub. 40 ildir ki, terrorçulara qarşı müqavimət göstəririk. SEPAH terrorçuları məhv etdi, onların qalıqları bir vaxtlar Səddam Hüseynin qucağına qaçdı, indi isə sionist rejimin qucağına qaçırlar".   Həsən Ruhani, həmçinin qeyd edib ki, SEPAH region xalqlarına yardım edən İranın silahlı qüvvələrinin fədakar  hissəsid olub və ABŞ-ın bu addımına baxmayaraq, SEPAH bölgədə daha çox seviləcək. İraq bizdən yardım istəyəndə bir saniyə belə gözləmədik. Suriya terrorizmlə mübarizədə İrandan yardım istədi, xalq, rəhbər, hökumət və SEPAH yardım etməyi bir an belə gecikdirmədi. SEPAH yarandığı ilk gündən indiyədək terrorizmlə mübarizədə ən böyük nailiyyətləri əldə edib və bu yolda şəhidlər verib".   Sonda Həsən Ruhani, “Siz kimsiniz ki inqilab strukturunu ləkələyirsiniz? Terrorçu qrupları region xalqlarına qarş vasitə kimi istifadə edirsiniz”, deyərək ABŞ-ın dünya terrorunun lideri olduğunu bildirib.  

Qeyd edək ki, dünən ABŞ İran İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib. ABŞ Prezidenti Donald Tramp SEPAH-ın terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.   ABŞ-ın bu qərarından sonra İran ABŞ-ın regiondakı bütün hərbi qüvvələrini terror qruplaşması elan edib.  



Әlaqәli Xәbәrlәr