"Bu təşkilat belə ABŞ-a görə İrana sellə bağlı yardım edə bilmədi”, Ə.Laricani

Parlamentlərarası Birliyin 140-cı baş assambleyasında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya hərəkətindən əvvəl paytaxt Tehranın Mehrabad Hava Limanında jurnalistlərin suallarını cavablandıran Larivani mövzu ilə bağlı deyib...

1178274
"Bu təşkilat belə ABŞ-a görə İrana sellə bağlı yardım edə bilmədi”, Ə.Laricani

  İran Məclisinin sədri Əli Laricani Amerika Birləşmiş Ştatlarının ölkədəki sellə bağlı humanitar yardımlara mane olduğunu və bu səbəbdən Qırmızı Xaç Təşkilatının İranın Qırmızı Aypara Cəmiyyətinə bir dollar belə yardım etmədiyini bildirdi.

  Parlamentlərarası Birliyin 140-cı baş assambleyasında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya hərəkətindən əvvəl paytaxt Tehranın Mehrabad Hava Limanında jurnalistlərin suallarını cavablandıran Larivani mövzu ilə bağlı deyib:

  “ABŞ dövlət departamenti beynəlxalq ictimaiyyətə yanlış bəyanatlar verir. Qırmızı Xaçın belə sellə bağlı İrana yardımlarını əngəllədi. Bu üzdən təşkilat İranın Qırmızı Aypara Cəmiyyətinə bir dollar belə yardım etmədi. Halbuki Qırmızı Xaç beynəlxalq bir təşkilatdır, vəzifəsi savaş və sel kimi fövqəladə vəziyyətlərdə siyasi görüşləri nəzərə almadan ehtiyac sahiblərinə yardım çatdırmaqdır. Bu təşkilat belə ABŞ-ın sanksiyalarına görə İrana humanitar yardım edə bilmədi”.



Әlaqәli Xәbәrlәr