Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә ağır zәrbәlәr endirib

Hücum nәticәsindә bir nәfәr hәlak olub.

1176396
Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә ağır zәrbәlәr endirib

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә bir nәfәr hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, rejim qüvvәlәri  vә İranın dәstәklәdiyi terror qruplaşmaları gün әrzindә  Xamanın Kefer Zita vә Latamne qәsәbәlәri ilә Ceb bölgәsinin El Havaş kәndi ilә İdlibin Abidin vә Kassabiyyә kәndlәrini top atәşinә tutub.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin hәyata keçirdiyi hücumlar nәticәsindә bir nәfә hәlak olub. 

‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr