Fələstin və Həmasdan Braziliyaya reaksiya

Fələstin hökuməti və Həmas Braziliyanın Qüdsdə diplomatik ofis açmasını və Braziliya dövlət başçısı Jair Bolsonaronun İsrail Baş naziri Binyamin Netanyahu ilə Məscidül-Əqsanın qərb divarı olan "Burak divarı"nı (Ağlama divarı) ziyarət etməsini qınadı.

1175187
Fələstin və Həmasdan Braziliyaya reaksiya

Fələstin hökuməti və Həmas Braziliyanın Qüdsdə diplomatik ofis açmasını və Braziliya dövlət başçısı Jair Bolsonaronun İsrail Baş naziri Binyamin Netanyahu ilə Məscidül-Əqsanın qərb divarı olan "Burak divarı"nı (Ağlama divarı) ziyarət etməsini qınadı. 
 
Bu barədə Fələstin rəhbərliyinə tabe olan Qüds İşləri naziri Adnan əl-Hüseyni yazılı bəyanat verdi.

Nazir bəyanatda Braziliyanın addımları "beynəlxalq qərarların açıq və konkret şəkildə pozulması və Fələstin xalqının əbədi paytaxtındakı hüquqlarına təcavüz" kimi səciyyələndirir.
 
 "Burak divarı"nı ziyarətin və Qüdsdə ofis açmağın İsrailin Şərqi Qüdsü ilhaq etmək istiqamətindəki qanunsuz təşəbbüslərini davam etdirmək mənasına gəldiyini ifadə edən Hüseyni Braziliyanı qərarlarından imtina etməyə və beynəlxalq qərarlara tabe olmağa dəvət edir.
 
 Həmasdan verilən yazılı bəyanatda da Braziliya dövlət başçısı Bolsonaronun ziyarəti qınanıldı, bu addımla Fələstinin işğala qarşı mübarizəsinə dəstək olan Braziliya xalqının tarixi mövqeyinə zərər verildiyi qeyd olundu.
 
 "Braziliya bu hərəkəti ilə beynəlxalq qanunları və normaları pozdu" ifadəsi işlədilən bəyanatda Bolsonaronun "Burak divarı"nı ziyarət etməsinin və Braziliyanın Qüdsdə ofis açmasının bu pozuntunun əyani bir nümunəsi olduğu vurğulandı.
 
Qeyd edək ki, İsrailə səfər edən Braziliya prezidenti Jair Bolsonaro ötən gün Netanyahu ilə işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhər ərazisindəki Məscidül-Əqsanın qərb divarı olan "Buraq Divarı"nı (Ağlama divarı) ziyarət edib.
 
 İsrail Nəqliyyat naziri və Xarici İşlər nazirinin vəkili Yisrael Katz da "Twitte"r hesabından verdiyi açıqlamada Braziliyanın Qüdsdə diplomatik ofis açdığını bildirib.



Әlaqәli Xәbәrlәr