Suriyada keçәn ay 334 dinc sakin öldürülüb

Bu barәdә İnsan Hüquqları üzrә Suriya monitorinq qrupu mәlumat yayıb.

1174895
Suriyada keçәn ay 334 dinc sakin öldürülüb

 

Suriyada keçәn ay 334 dinc sakin hәlak olub.

Bu barәdә İnsan Hüquqları üzrә Suriya monitorinq qrupu mәlumat yayıb.

İnsan Hüquqları üzrә Suriya monitorinq qrupunun yayımladığı hesabata әsasәn, 8 ildir vәtәndaş müharibәsinin davam etdiyi Suriyada keçәn ay 87-i uşaq, 63-ü dә qadın olmaqla 334 dinc sakin hәlak olub.

Hesabatda Bәşәr Әsәd rejiminin keçәn ay  endirdiyi zәrbәlәr nәticәsindә 24-ü uşaq, 13-ü  dә  qadın olmaqla 78 dinc sakin, YPG/PKK-nın  hücumları nәticәsindә isә 9-u uşaq, biri dә qadın olmaqla 18 dinc sakinin hәlak olduğu bildirilib.

Hesabata әsasәn, Rusiyanın  hәyata keçirdiyi hücumlar nәticәsindә 8-i qadın, 13-nün dә uşaq olmaqla 76 dinc sakin hәlak olub.

Mәlumatda  terror tәşkilatı DEAŞ ilә mübarizә adı ilә Suriyada baş verәn vәtәndaş müharibәsinә  2014-cü ilin sentyabr ayında  müdaxilә edәn Amerika Birlәşmiş Ştatları rәhbәrliyindәki koalisiya qüvvәlәrinin endirdiyi zәrbәlәr nәticәsindә  1-i uşaq, 1-i  dә qadın olmaqla 9, terror tәşkilatı DEAŞ-ın törәtdiyi hücumlarda isә 1-i uşaq olmaqla 28 nәfәrin hәlak olduğu vurğulanıb.

Hәrbi müxaliflәrin vә müxtәlif tәrәflәr tәrәfindәn hәyata keçirilәn hücumlar nәticәsindә isә 37-i uşaq, 40-ı da qadın olmaqla 125  nәfәrin öldürüldüyü qeyd olunub.

Öldürülәnlәr arasında ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının üzvlәrinin dә olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, bu ilin әvvәlindәn etibarәn törәdilәn hücumlar nәticәsindә 776 nәfәr hәlak olub.



Әlaqәli Xәbәrlәr