İranda sel fəlakəti nəticəsində ölənlərin sayı artmaqda davam edir

İranda 10 günə yaxın zamandır davam edən güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 27 nəfərə çatıb.

1171783
İranda sel fəlakəti nəticəsində ölənlərin sayı artmaqda davam edir

  İran mediasında yer alan xəbərlərə görə, Gülüstan, Kohguliyev-Buyer Əhməd və Simnan əyalətlərində həlak olanlarla sel fəlakətində ölənlərin sayı artmaqda davam edir.

  Son məlumatlara görə, ölkənin böyük hissəsində güclü yağışların səbəb olduğu Şiraz şəhərində 19, Kohgiliye-Buyer Əhməddə 2, Kirmanşah, Loristan, Xuzistan və Simnan əyalətlərinin hərəsində bir nəfər həyatını itirib.

Ayrıca Gülüstan əyalətində yardım dəstəsini daşıyan bir qayığın devrilməsi nəticəsində də 2 nəfər dünyasını dəyişib. Sel fəlakəti yüzlərlə adamında yaralanmasına səbəb olub.

İranın 31 əyalətindən 25-də təsirli olan güclü yağışların səbəb olduğu sel fəlakətinə görə ölkədə təqribən 300 qəsəbə və kəndin təcili yardıma ehtiyacı olduğu bildirilib.

İran Qırmızı Aypara Cəmiyyətinin sədiri Murtəza Səlimi “İndiyədək 293 şəhər və kənddəki 43 min 595 nəfərə yardım çatdırıldı” deyib.

Digər tərəfdən, Meteorologiya idarəsi güclü yağışların bu gün də davam edəcəyi və paytaxt Tehran ilə İsfexan başda olmaqla bəzi bölgələrdə sel fəlakəti yarana biləcəyi barədə xəbərdarlıq edib.

İranın şimal, şimal-şərq, qərb, cənub-qərb və mərkəzi bölgələrində keçən həftədən bəridir davam edən güclü yağışlar bəzi çay və dərələrin qabağındakı bənd və körpülərin yıxılmasına, yüzlərlə evin sular altında qalmasına səbəb olmuşdu.

İranlı məsullar tərəfindən daha əvvəl yayılan açıqlamalarda ölkə miqyasında 23 nəfərin həyatını itirdiyi bildirilmişdi.


Etiketlәr: #sel fəlakəti , #İran

Әlaqәli Xәbәrlәr