İranda gəmi batdı

Məlumata görə, limana yan almaq istəyən gəmi batıb.

1166375
İranda gəmi batdı

İranın cənubunda Hörmüzqan vilayətinin Şəhid Rəcayi limanında yüzlərlə konteyneri olan ticarət gəmisi batıb.

Məlumata görə, limana yan almaq istəyən gəmi batıb.

Şahidlər bildiriblər ki, gəmi batarkən ekipaj heyəti suya düşüb və onların öldüyü ehtimal edilir.

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub və bir nəfər yaralanıb. Ekipaj heyətinin üzvləri Hindistan vətəndaşlarıdır.

Hadi Haqşünas gəmidə 153 konteynerin olduğunu deyib.

 



Әlaqәli Xәbәrlәr