Hәsәn Ruhani Ayәtullah Әli Sistani ilә görüşüb

İraqda sәfәrdә olan İran prezidenti Hәsәn Ruhani şiәlәrin din xadimi Ayәtullah Әli Sistani ilә görüşüb.

1162634
Hәsәn Ruhani Ayәtullah Әli Sistani ilә görüşüb

 

İraqda sәfәrdә olan İran prezidenti Hәsәn Ruhani şiәlәrin din xadimi Ayәtullah Әli Sistani ilә görüşüb.

Bu barәdә İraqın media orqanları mәlumat yayıb. Mәlumata әsasәn, görüş İraqın Nәcәf şәhәrindә baş tutub.

Mәlumatda qeyd olunub ki, Ruhani Nәcәf Valisi Luay әl-Yasiri ilә keçirdiyi görüşdә sonra Sistani ilә bir araya gәlib.

Görüşdә İranın Xarici İşlәr naziri Cavad Zәrif  vә İranın Bağdaddakı sәfiri İrec Mescidi dә iştirak ediblәr.

Görüşün detalları ilә  bağlı әtraflı mәlumat verilmәyib.

Hәsәn Ruhaninin Sadr Hәrәkatının lideri Muktada әs-Sadr  ilә keçirәcәyi görüşün isә baş tutmayacağı iddia edilib.

Rәsmi görüşlәr keçirmәk üçün bazar ertәsi günü Bağdada  sәfәr edәn Hәsәn Ruhani  İraq prezidenti Berhem Saleh,  Baş nazir Adil Abdulmehdi, ölkәnin  keçmiş baş nazirlərindən Nuri əl-Maliki və Heydər əl-İbadi, Milli Təhlükəsizlik müşaviri və Haşdi Şabinin  başçısı  Falih Feyyad, bəzi din xadimlәri vә  tayfa nümayəndələri ilə də görüşmüşdü.

Dünən Kərbəlaya gedən Hәsәn Ruhani görüşlәrinin  bir hissəsini də bu şəhərdə davam etdirmişdi.



Әlaqәli Xәbәrlәr