Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә hücum etmәyә davam edir
Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.
Bәşәr Әsәdә sadiq qüvvәlәr Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.
Rejim qüvvәlәrinin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda dinc sakin hәlak olub, çox sayda adam da xәsarәt alıb.
Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.
Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.
Mәlumatda rejim qüvvәlәrinin İdlib şәhәrinin müxtәlif bölgәlәrinә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda dinc sakinin hәlak ölduğu vә çox sayda adamın da müxtәlif dәrәcәli xәsarәtlәr aldığı bildirilib.
Hücumlar nәticәsindә çox sayda evin vә mәktәbin dağıldığı vә çox sayda insanın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilib. Evlәrini tәrk edәnlәrin daha tәhlükәsiz bölgәlәrә köç etdiklәri bildirilib.
Qeyd edәk ki, Rejim qüvvәlәrinin İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrinә bu il tәşkil etdiyi hücumlar nәticәsindә çox sayda dinc sakin hәlak olub, 300-dәn çox adam da xәsarәt alıb.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir