Cammu Kəşmirdə qarşıdurma, iki adam öldü

Hindistanın Cammu Kəşmir bölgəsində təhlükəsizlik qüvvələrinə atəş edən iki müqavimətçi öldü.

1157423
Cammu Kəşmirdə  qarşıdurma,  iki adam öldü

Hadisə Hindistan təhlükəsizlik qüvvələrinin dünən axşam radələrində Pulwama bölgəsinə bağlı Tral şəhərində üsyançılara istiqamətli təşkil etdiyi əməliyyat zamanı baş verib. Səhərə qədər davam edən əməliyyat nəticəsində 2 üsyançı həyatını itirdi. Bildirilir ki, Şəhərdə internet xidmətləri dayandırılıb.

Qeyd edək ki, 1947-ci ildə Böyük Britaniya Hindistandan çıxarkən Şahzadə rejimi ilə idarə olunan Kəşmirə Hindistan və ya Pakistan ilə birləşməsi mövzusunda müdaxilə etmədi. Əhalisinin 90 faizi müsəlman olan Kəşmir 1947-də Pakistanın himayəsinə daxil olmaqda cəhd etsə də dövrün şahzadəsi Hindistan ilə birləşmə qərarına gəldi. Müsəlman Keşmir xalqı şahzadənin qərarından müxalifət etdi. Bunun nəticəsində Hindistan ilə Pakistan bölgəyə qoşun yeritdi. Beləcə tərəflər arasında ilk qarşıdurma 1947-də baş verdi. Məsələr 1965 və 1999-cı il olmaqla iki ölkənin vuruşmasına səbəb oldu.

Kəşmirin 45% Hindistan, 35% isə Pakistan tərəfindən idarə olunur. Bölgənin 20%-si isə Çinin nəzarətindədir. Hindistan ələ keçirdiyi ərazilərə "Cammu Kəşmir " adını verdi. Cammu Kəşmir Hindistanda əhalisinin əksəriyyiti müsəlman, yeganə əyalətdir. Pakistan isə öz nəzarətindəki Kəşmirə "Azad Kəşmir" və "Gilqit Baltistan" adı ilə iki müstəqil muxtariyyət statusu verdi.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası isə 1948-ci ildən bəri Kəşmirin hərbi qüvvədən təmizlənməsini və taleyinə dair qərarın referenduma çıxarılmasını müdafiə edir. Hindistan xalqı BMT_nin qərarını müsbət yanaşmır. Pakistan isə BMT Təhlükəsizlik Şurası qətnamələrinə əməl edilməsini istiyir.

 



Әlaqәli Xәbәrlәr