Suriyada partlayış, ölәn var

Bu barǝdǝ ‘‘Ağ dǝbilqǝlilǝr’’ tǝşkilatının müdiri Mustafa Hac Yusif mǝlumat verib.

1155709
Suriyada partlayış, ölәn var

Suriyanın simal-qǝbindǝ yerlǝşǝn İdlib şǝhǝrindǝki bir restoranda törǝdilǝn partlayış nǝticǝsindǝ azı yeddi nǝfǝr hǝlak olub. 

Bu barǝdǝ ‘‘Ağ dǝbilqǝlilǝr’’ tǝşkilatının müdiri Mustafa Hac Yusif mǝlumat verib. O, hücumun axşam radǝlǝrindǝ terrorçu-kamikadze tǝrǝfindǝn törǝdildiyini qeyd edib.

Mustafa Hac Yusif bildirib ki, hucum zamanı azı yeddi nǝfǝr ölüb, onlarla adam da xǝsarǝt alıb.

Qeyd edǝk ki, xǝsarǝt alanlar dǝrhal xǝstǝxanaya çatdırılıb. Bölgǝdǝ axtarış-xilasetmǝ ǝmǝliyyatlarının davam etdirildiyi bildirilir.

Hücuma görǝ mǝsuliyyǝti öz üzǝrinǝ götürǝn olmayıb.



Әlaqәli Xәbәrlәr