İran, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı terrora dəstək verməkdə ittiham etdi

İranın cənubunda yerləşən Sistan-Bəluçistan əyalətinin Zahidan şəhərində törədilən terror aktının əsas məsulları ABŞ, İsrail və Səudiyyə Ərəbistanıdır. Bunu İran İnqilab Keşikçiləri ordu korpusunun komandirinin müavini Hüseyin Səlami deyib.

1148581
İran, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı terrora dəstək verməkdə ittiham etdi

Səlami Sistan-Bəlucistan əyalətində törədilən terror hücumunda həyatını itirən 27 əsgərin xatirəsinə Paytaxt Tehranda təşkil edilən anım mərasimində etdiyi çıxışında ABŞ, İsrail və Səudiyyə Ərəbistanını tənqid edib. İranda törədilən terror hücumunun qlobal seviyyədə hazırlanmış təhlükəli strategiyaya görə reallaşdırıldığını ifadə edərək: "Döyüşçülərimiz ABŞ, İsrail və regionda ərəb hökumətlərinə qarşı mübarizə edirlər. Terror aktında həyatını itirən əsgərlərimizin qisası alınacaq. Supergücləri məğlub edəcəyik. Bununla əlaqəli planlarımız var”.

Xatırladaq ki, 13 Fevralda İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində bomba ilə təchiz edilmiş avtomobillə həyata keçirilən hücum nəticəsində İnqilab Keçikçiləri Ordusu korpusunun 27 əsgəri həyatını itirdi. Hücuma görə məsuliyyəti Ceyşul Ədl adı ilə bilinən qruplaşma üzərinə götürdü. Hadisə ilə əlaqəli 3 adam tutuldu.

 



Әlaqәli Xәbәrlәr