İsrail ordusu daha 20 Fələstinlini nəzarətə götürüb

İsrail əsgərlərinin İordan çayının qərb sahilinə təşkil etdikləri basqınlarda 20 fələstinli nəzarətə götürüldü.

1145119
İsrail ordusu daha 20 Fələstinlini nəzarətə götürüb

İsrail işğal ordusundan bu barədə açıqlama verilib. Açıqlamada saxlanılanların terror aksiyalarına qoşulduqları iddia olunub. Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 270-ü uşaq olmaqla, təxminən 6 min fələstinli var və bu say durmadan artır.

 



Әlaqәli Xәbәrlәr