“ABŞ zorakılığın, pisliyin simvoludur”

ABŞ rəhbərliyi "pisliyin və şiddətin simvolu"dur. Avropaya isə etimad edilmiməlidir. Bunu İranın ali lideri Əli Xameneyi deyib.

1141488
“ABŞ zorakılığın, pisliyin simvoludur”

İran dövlət televiziyasının xəbərinə görə, Ali dini lider Xameneyi paytaxt Tehranda hava qüvvələri komandirlərini qəbulu zamanı ABŞ və Avropa ölkələrinə tənqidlər yağdırdı.

Keçmişdən bu günə qədər dünyada baş vermiş müharibələr və yaranmış böhranların yeganə məsulunun ABŞ olduğuna diqqət çəkən Xameneyi: “Amerika Birləşmiş Ştatları pis və zorakılıq simvolu halına gəldi və bu səbəblə lənətlədiyimizdə isə bizdən tənqid edirlər. İranın ABŞ xalqı ilə heç bir problemi yoxdur. Heç bir şərhimiz və sözümüz Amerika xalqına istiqamətli yox, bu ölkənin liderlərinə Trampa, John Bolton və Pompeoya yönəlikdir.” –deyə dini lider vurğulayıb.

 Avropanın İranla nüvə razılaşmasına sadiq qalmaq üçün irəli sürdüyü təkliflərə də toxunan Xameneyi : “Avropalılarla əlaqə yaratmayın demirəm. Bən etimaddan bəhs edirəm. Amerika kimi Avropalılara da etimad edilməməlidir. Bu mənin xüsusi fikrimdir. Səlahiyyətlilərimizə nüvə müzakirələri əsnasında ABŞ-ın sözlərinə və imzasına etimad etməmələrinin lazım gəldiyini bildirdim. Onlarla müzakirə stolunda əyləşənlər, ABŞ ilə əlaqəli nə qədər real fikirlər bəyan etdiyimi indi başa düşərək, bu ölkəyə etimadın səhv olacağını qeyd edirlər”.

Fransada yanacaq qiymətlərinin artması və iqtisadi vəziyyətin pozulması qarşısında aksiyaların başladığını xatırladan dini lider, nümayişçilərə sərt müdaxilə edən bu Avropa ölkəsi bir də həyasızca insan haqqlarından söz edirlər. Bu ölkələr heç vaxt insan haqlarına qarşı hörmət göstərmədilər. Budur ki, Avrapa ölkələrinə etimad edilməməlidir.



Әlaqәli Xәbәrlәr