Yunanıstan Baş naziri sǝfǝrinin ikinci günündǝ İstanbulda olub
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədǝ sǝfǝrdǝ olan Yunanıstan baş naziri Aleksis Çipras Ayasofyanı ziyarət etdi.
Yunanıstan baş naziri dünən Ankarada rǝsmi görüşlǝr keçirdikdǝn sonra özünü müşayiǝt edǝn nümayǝndǝ heyǝti ilǝ İstanbula getdi. Qonaq Baş nazir bu gün sǝhǝr radǝlǝrindǝ prezidentin sözçüsü İbrahim Kalının müşayiǝtindǝ İstanbulda Ayasofyanı ziyarǝt etdi.
Cipras daha sonra verdiyi açıqlamada Türkiyǝyǝ sǝfǝrini yüksǝk qiymǝtlǝndirib. O tǝmasları çǝrçivisindǝ Fənər Rum Patriarxı Bartholomenun müşayiǝti ilǝ Heybeliada Ruhban mǝktǝbinǝ baş çǝkib. Ölkǝsinin Baş konsulluğunda Yunanların nümayǝndǝliriylǝ bir araya gǝlib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir