Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә zәrbәlәr endirib

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif  mәlumat verib.

1135244
Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә zәrbәlәr endirib

Suriyada Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları İdlibdәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә 5 dinc sakin hәlak olub, 25 nәfәr dә xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif  mәlumat verib.

Mustafa Hac Yusif  rejim qüvvәlәrinin günorta saatlarında bölgәyә hücum etdiyini deyib.

O, bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyini söylәyib.



Әlaqәli Xәbәrlәr