Qətərdən,Qəzza Zolağına 20 milyon dollarlıq yardım

BMT Fələstin Ofisinin hümanitar yardım Koordinatoru Jamie McGoldrick və Qətərin Qəzzanı Yenidən bərpa Komitəsinin sədri Məhəmməd əl-İmad Qəzzadakı insani layihələrdə istifadə edilmək üzrə Dohanın BMT-yə edəcəyi 20 milyon dollarlıq yardım sənədini imzaladı

1134512
Qətərdən,Qəzza Zolağına 20 milyon dollarlıq yardım

McGoldrick, İsrail rejiminin İşğalı altındakı Şərqi Qüdsdə yerləşən BMT Fələstin Ofisinin Ümumi Mərkəzində imzalanan müqavilə ilə bağlı Tvitter hesabından yaydığı açıqlamada Qətərın maliyyə yardımının Fələstin iqtisadiyyatının gücləndirilməsi baxımından təqdirəşayan addım olduğuna diqqət çəkib.

BMT-nin Orta Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nickolay Mladenov də maliyyə yadımına görə Qətərə təşəkkürlərini bildirib. O vurğulayıb ki, Qətərın yardımının BMT-nin Qəzzada yaşayan 2 milyon insanın çəkdiyi ağrıları yüngülləşdirmək məqsədiylə yeni iş imkanlarının təmin edilməsini nəzərdə tutan layihələrin həyata keçirilməsinə töhvə verəcək.

Yerli medianın xəbərinə görə, Qətərin 20 milyon dollarlıq yardımı Qəzza zolağına söz verdiyi 150 milyon dollarlıq yardımın ilk hissəsidir.

 



Әlaqәli Xәbәrlәr