ABŞ Nümayəndələr Palatasında Bəşər Əsəd rejiminə qarşı sanksiya qərarı

ABŞ Nümayəndələr Palatasında Suriyada Bəşər Əsəd rejiminə və rejimlə əlaqədə olanlara qarşı sərt sanksiyalar əhatə edən qanun layihəsi yekdilliklə qəbul edilib.

1132071

“2019 Caesar (Sezır) Suriya Sivil Qoruma qanunu” adlanan layihəyə görə ABŞ prezidenti Donald Tramp hakimiyyəti Suriya rejimi, təhlükəsizlik təşkilatları yaxud da Suriya Mərkəzi Bankı ilə əlaqədə olan hər kəsə sanksiya tətbiq edəcək. Həmçinin qanun layihəsindəki sanksiyalar Suriya rejimilə rabitəli olan tikinti layihələri yaxud da Suriyada rejiminin nəzarətindəki hava yolu  və ya enerji sənayesi ilə əməkdaşlıq edənləri də əhatə edir.

Qanun layihəsində Əsəd rejiminin mühasirəsinin səbəb olduğu aclıq, kimyəvi silah hücumları kimi insanlığa qarşı cinayət işlərinə sanksiya tətbiq edilməsinə dair qərarlar da yer tutub.

Qanun çərçivəsində Tramp hər vəziyyət üçün ayrı sanksiya tətbiq edə biləcək, sülh danışıqlarında addım atılacağı və ya dinc vətəndaşlara qarşı hücumlar sona çatacağı təqdirdə isə sanksiyalar ləğv edilə biləcək.

Әlaqәli Xәbәrlәr