PKK-nın Sincardakı mövcudluğu bölgədəki Türkmənlərin təhlükəsizliyinə təhdiddir

Terror təşkilatı PKK-nın İraqın Mosul şəhərinə bağlı Sincar qəsəbəsindəki mövcudluğu bölgədəki Türkmənlərin təhlükəsizliyinə təhdiddir.

1129960
PKK-nın Sincardakı mövcudluğu bölgədəki Türkmənlərin təhlükəsizliyinə təhdiddir

Terror təşkilatı PKK-nın İraqın Mosul şəhərinə bağlı Sincar qəsəbəsindəki mövcudluğu bölgədəki Türkmənlərin təhlükəsizliyinə təhdiddir.

Bunu İraq Türkmən Cəbhəsinin sədri Erşet Salehi Anadolu agentiliyinə açıqlamasında deyib.

Salehi Sincarda fəaliyyət dairəsini gənişlətməyə başlayan PKK-nın Türkmənlər üçün təhdid olduğunu bildirərək deyib: “PKK Sincar yaxınlığındakı 20 Türkmən kəndini ələ keçirmək istəyir. Belə bir vəziyyətdə tamamı ilə Türkmənlərin yaşadığı Telafərin də əmin-amanlığı təhlükə ilə qarşılaşacaqdır. Telafərdəki son terror aktlarının arxasında PKK dayanır. PKK Telafər üzərindən coğrafiyasını genişləndirərək Suriya sərhədinə gedib çıxmağı planlaşdırır”.

Salehi terror təşkilatının Sincar qəsəbəsinin arxasındakı İraq ilə Suriya sərhəd boşluğunu doldurmağa cəhd göstərdiyini vurğulayaraq bildirdi ki, bölgədəki coğrafiyasını genişləndirmək istəyən PKK Telafəri də ələ keçirərək, Suriya sərhədinə qədər uzanmaq və özünün qolu olan terror təşkilatı YPG ilə birləşmək istəyir. Sincardakı yezidilər də PKK-dan əziyyət çəkirlər. Terror təşkilatı DEAŞ-dan əziyyət çəkən yezidilərin başı indi də PKK ilə dərtdədir. PKK yezidi gənçləri və xüsusilə gənc qadınları aldararaq öz tərəfinə çəkir.

Türkmən lider bölgənin sabitliyi üçün inkişafın əhəmiyyətli olduğunu və bunu ancaq Türkiyənin edəcəyinə inandıqlarını dilə gətirib.

Salehi Ovaköydə açıqlamı planlaşdırılan yeni sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması ilə bölgənin inkişaf edəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr