Afrində iki bombalı hücum: 2 ölü, 8 yaralı

Afrində terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyi düşünülən iki bombalı hücumda 2 nəfər öldü, 8 nəfər yaralandı.

1129377
Afrində iki bombalı hücum: 2 ölü, 8 yaralı

 Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun "Zeytun Budağı" əməliyyatını başlatdığı tarixin birinci ildönümündə terrorçular Afrində bombalı hücumlar təşkil etdilər.
 
 İlk hücumda bir sərnişin avtobusuna yerləşdirilən bomba maşının rayon mərkəzində Kava qovşağı kimi tanınan mövqedən keçidi zamanı partladı.
 
 Partlayışda avtobusdakı 2 mülki vətəndaş həlak oldu, 8 sərnişin yaralandı.
 
 İkinci hücumda isə rayon mərkəzindəki prospektdə zibil konteynerinə yerləşdirilən bomba partladıldı.
 
 Partlayışda ölən, və ya  yaralanan olmadı.
 
 Qeyd edə ki, terror təşkilatı YPG/PKK  "Zeytun Budağı" əməliyyatı ilə Afrindən çıxarıldıqdan sonra vaxtaşırı mülki vətəndaşları və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr