İsrailin sabiq nazirinə həbs cəzası

İrana casusluq və gizli dövlət sirlərini ifşa etdiyi iddia edilən İsrailin sabiq enerji naziri Gonen Segeviyə haqqında 11 il iş kəsilib.

1122473
İsrailin sabiq nazirinə həbs cəzası

İsrailin i24 telekanalının xəbərinə görə sabiq Enerji naziri Segev işğal altında olan Şərqi Qüdsdə Mərkəzi Məhkəmədə hakim qarşısına çıxarılıb. Bildirilir ki, Segev dindirilişi zamanı günahını etiraf edib

Qeyd edək ki, cəsusluqda ittiham olunan sabiq nazir Gonen Segev Nigeriyada yaşayırdı. Nigeriyadan Qvineyaya köçən naziri cinayətdə ittiham olunduğu üçün Qvineya höküməti qəbul etməyib və ölkəyə daxil olmağa icazə verilməyib. Sabiq nazir 2018 ilin mayında İsrail polisinə təhvil verilib ölkəsinə göndərilib.

Nazirlər Kabinetinin bir üzvünün belə bir işdə ittiham olunmasını İsrail mətbuatı və analitikləri ölkə üçün faciə hesab edir və İsrail üçün indiyədək görünməmiş təhlükə hesab edirlər.

Xatırladaq ki, sabiq nazir İsrailin enerji sahəsində və təhlükəsizliyi haqda məlumatları İrana ötürməkdə ittiham olunurdu.



Әlaqәli Xәbәrlәr