Cavad Zərifin Pompeoya cavabı

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin raket sınaqlarının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmadığını bildirdi.

1118958
Cavad Zərifin Pompeoya cavabı

İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur.

Bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Dövlət katibi Mayk Pompəonun sözlərinə cavab olaraq “Twittər’ də yazıb.

Zərif açıqlamasında bildirib ki, ABŞ-ın özü BMT TŞ-nın 2231 saylı qətnaməsini pozur və buna görə heç kəsə dərs kəçə biləcək mövqeyi şoxdur. ABŞ-a bunu xatırlatmaq istəyirəm: Birincisi, BMT TŞ-nın 1929 saylı qərarı artıq qüvvədə deyil. İkincisi isə təhdid təhdid doğurur, mədəni olmaq isə mədəni olmağı vacib hala gətirir.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın gələcək aylarda fırlatmağı planlaşdırdığı kosmik aparatı ilə əlaqəli verdiyi yazılı açaqlamada bu aparatlarda istifadə edilən texnologiyanın qitələrarası idarə olunan raket texnologiyası ilə eyni olduğunu irəli sürərək, rəsmi Tehrana prosesi dayandırmayacağı təqdirdə daha güclü iqtisadi və diplomatik sanksiya tətbiq etməkdə təhdid etmişdi.



Әlaqәli Xәbәrlәr