Baş nazir İmran Xan Anıtkabirdə

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə Türkiyəyə rəsmi səfər reallaşdıran Pakistan Baş naziri İmran Xan Konya şəhərini ziyarətindən sonra paytaxt Ankaraya keçib.

1119310
Baş nazir İmran Xan Anıtkabirdə

İmran Xan Ankarada  ilk  olaraq Türkiyə Respublikasının Banisi Böyük xilaskar Mustafa Kamal Atatürkün anıt məzarın ziyarət edib. Qonaq Baş nazir Anıtkabir xatirə dəftərinə bunları yazıb: "20-ci əsrin ən böyük dövlət adamı və liderlərindən olan Qazi Mustafa Kamal Atatürkün huzurunda olmaqdan xoşbəxtəm. Atatürk Türk xalqına ən çətin günlərində rəhbərlik edərək başda Türk olmaqla dünya tarixini dəyişdirdi. Bütün dünyada müstəmləkəçiliyə qarşı mübarizə edənlərin ilham mənbəyi oldu. Atatürk cəsarət, güc, müqavimət, tolerantlıq və hikmətin konkret nümunəsidir. Pakistanın banisi Kaidi Azam Məhəmməd Əli Cinnahın “tarixin ən ulu insanı” deyə xarekterizə etdiyi böyük xilaskar Atatürkə Pakistan hökuməti və xalqı adından dərin hörmitimi bildirirəm.Türk millətinin müstəqilliyi və həmrəyliyi uğrunda etdiyi mübarizə tarix kitablarının  ən  dəyərli  hissəsi  olmaqda  davam edəcək”.

Baş nazir Xanı, Anıtkabiri ziyarəti zamanı ticarət naziri Ruhsar Pekcan müşayiət etdi.



Әlaqәli Xәbәrlәr