Prezident seçkiləri təxirə salındı

2019-cu ilin aprel ayında Əfqanıstanda keçiriləcək prezident seçkiləri 3 ay təxirə salındı.

1116340
Prezident seçkiləri təxirə salındı

Əfqanıstanda Müstəqil Seçki Komissiyasının rəhbəri Əbdül Bədi Səyyad mətbuat konfransında mövzu ilə əlaqəli açıqlamasında, 2019-cu ilin Aprel ayı keçirilməsi planlaşdırılan prezident seçkilərinin təxirə salınmasına səbəb kimi, ölkədəki bəzi problemlərin həllinə dair danışıqların davam etməsini göstərib.

Səyyadın sözlərinə görə həllə qovuşdurulası problemlərin başında təhlükəsizlik məsələləri gedir. Buna görə seçkilər daha əvvəl elan edildiyi kimi Aprel ayında yox, 20 İyulda keçiriləcək.



Әlaqәli Xәbәrlәr