DEAŞ-ın hücumu nәticәsindә iki polis әmәkdaşı hәlak oldu
Yerli media orqanlarının mәlumatına әsasәn, DEAŞ terrorçuları gecә radәlәrindә Diyala vilayәtinin Hanekin vә Celavla qәsәbәlәri arasında yerlәşәn polis bölmәsinә hücum edib.
Terror tәşkilatı DEAŞ-ın İraqın şәrqindәki polis bölmәsinә tәşkil etdiyi hücum nәticәsindә iki polis әmәkdaşı hәlak olub.
Yerli media orqanlarının mәlumatına әsasәn, DEAŞ terrorçuları gecә radәlәrindә Diyala vilayәtinin Hanekin vә Celavla qәsәbәlәri arasında yerlәşәn polis bölmәsinә hücum edib.
Hücum zamanı baş verәn toqquşmada iki polis әmәkdaşının hәlak olduğu bildirilib. Terrorçuların namәlum istiqamәtә qaçdıqları qeyd olunub. Hadisәdәn sonra bölgәyә tәhlükәsizlik qüvvәlәri cәlb olunub.
Qeyd edәk ki, DEAŞ terrorçuları ölkә әrazisindә vaxtaşırı hücumlar törәdir.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir