Rusiya əsgərlərini Suriyadan çıxardı

Suriyada yerləşən Rusya ordusu hava müdafiə raket sistemi tərkibində xidmət göstərən 150-dən çox əsgər Rusiyaya qayıdır.

1112965
Rusiya əsgərlərini Suriyadan çıxardı

  Rusiyanın Hərbi Region Mətbuat xidmətindən mövzu ilə əlaqədar məlumat yayılıb. Bildirilib ki, hava müdafiə raket sistemi hissəsindəki əsgərlər Suriyadakı üç aylıq xidmətlərini uğurla tamamladılar.

Qeyd edək ki, Rusiya Suriyadakı əməliyyatlarla yanaşı, hərbi hissələrin yerləşdikləri Tartus və Hmeymim bazalarını qorumaq məqsədiylə bu ölkəyə 2 ədəd S-400 hava müdafiə raket sistemi yerləşdirib.



Әlaqәli Xәbәrlәr