ABŞ əsgərləri Suriyadan çəkilərkən İraq ərazilərindən istifadə ediləcək

İraqın Baş naziri Adil Əbdülmehdi  ABŞ-ın “Suriyadan çıxarılacaq hərbi qüvvələrinin Ərbildəki bazada yerləşdirilməsi” ilə bağlı hər hansı tələbin olmadığını bildirdi.

1112986
ABŞ əsgərləri Suriyadan çəkilərkən İraq ərazilərindən istifadə ediləcək

 

  İraqın Baş naziri Adil Əbdülmehdi ABŞ-dan “Suriyadan çıxarılacaq hərbi qüvvələrin Ərbildəki bazada yerləşdirilməsi” ilə bağlı hər hansı tələbin olmadığını bildirib.

  “ABŞ əsgərləri Suriyadan çəkilərkən İraq ərazilərindən istifadə ediləcək.” Bunu İraqın Baş naziri Adil Əbdülmehdi Bağdadda keçirdiyi mətbuat kofransında deyib.

  ABŞ-dan “Suriyadan çıxarılacaq hərbi qüvvələrin Ərbildəki hərbi bazada yerləşdirilməsi” ilə bağlı hər hansı tələbin olmadığını da söyləyən Əbdülmehdi bildirib:

  “Bu mövzuda ABŞ-ın bir istəyi olmayıb. Hələ dəqiq bir şəy də yoxdur. Bu gün ABŞ qüvvələri İraq hökumətinin razılığı ilə ölkəmizdə geniş fəaliyyət göstərir, ona görə Suriyadan çəkilərkən İraq ərazilərindən keçmiş olacaq.

  “ABŞ-ın əsgərləri Suriyadan çıxarıldıqdan sonra İraq Suriyaya hərbi güc göndərəcək” iddiaları da əsassızdır. Amerika bizdən bunu istəməməlidir. Çünki İraqda qərarları ABŞ deyil, İraq özü verir.

  Amerika hərbi qüvvələrinin Suriyadan geriçəkilmə qərarının İraqa ciddi təsiri olub-olmayacağına gəlincə isə, təbi ki, bu işlərin ölkə ilə birbaşa əlaqəsi var. İraq Kürd Regional Rəhbərliyindəki dostlarla da bu mövzuda görüşlərimiz oldu. İraq Suriya meydanında olan qüvvələrlə yanaşı, bütün qonşu bölgə və başqa dövlətlərlə də yaxşı münasibətləri olan ölkədir. Suriyada sabitlik pozularsa, bunun İraqa mümkün zərərləri ola bilər. Qarşısın almaq üçün bütün tərəflərlə müzakirələr aparırıq. Çünki DAEŞ Suriya torpaqlarını tərk edib İraqa üz tuta bilər.”



Әlaqәli Xәbәrlәr