ABŞ Pakistanın sərt reaksiya verdiyi qərar qəbul etdi

ABŞ rəhbərliyi pakistanı "dini azadlıqlar mövzusunda xüsusilə qayğı duyulan ölkələr siyahısına" əlavə etdi

1105987
ABŞ Pakistanın sərt reaksiya verdiyi qərar qəbul etdi

ABŞ-ın İslamabad səfirliyinin sözçüsü Snelsire mövzu ilə əlaqəli bəyanat yayıb. Bildirib ki, ABŞ rəhbərliyi, Pakistanı, "dini azadlıqlar mövzusunda xüsusilə qayğı duyulan ölkələr siyahısına" əlavə etdi. Qərar dini azadlıqlar ilə bağlı pozuntular səbəbiylə qəbul edildi. Ancaq Pakistan ilə əlaqəli belə bir qərarın qəbul edilməsinə baxmayaraq Pakistana sanksiya tətbiq etmiyəcəyik.

Xatırladaq ki, ABŞ qanunlarına görə, aralarında Myanma, Çin, Şimali Koreya və Səudiyyə Ərəbistanı da olan siyahıdakı ölkələrə sanksiya tətbiq edilməlidir.

Pakistan isə ABŞ dövlət departamenti tərəfindən ötən gün açıqlanan hesabata reaksiya verib. Qərarın siyasi olduğunu bildirib.

Pakistan Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, ölkə əhalisinin 4% Hindu, Six, Xristian və Buddistdir. Bu azlıqlar milli məclisdə təmsil hüququna sahibdilər. Pakistan, vətəndaşlarının hüquqlarını qorumaq üçün güclü bir qanuni və inzibati mexanizm yaradıb. Bu səbəbdən başqa ölkələrin tövsiyələrinə ehtiyacımız yoxdur.



Әlaqәli Xәbәrlәr