Türkiyə XİN-i İranda törədilən terror aktını lənətləyib
Türkiyə, İranın Çabahar şəhərində bomba ilə təchiz edilmiş maşın ilə həyata keçirilən terror hücumunu lənətləyib.
1102174

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada bildirilib ki, dünən Çabahar şəhərində polis məntəqəsinə təşkiyl edilən hücumu qınayır, xain hadisə nəticəsində həyatını itirənlərin ailələri başda olmaqla İran xalqına və hökumətə başsağlığı verir, yaralananlara təcili şəfa diləyirik.
Qeyd edək ki, dünən İranın Cənub-Şərqində yerləşən Sistan- Beluçistan əyalətinə bağlı Çabahar şəhərində polis məntəqəsinə istiqamətli təşkil edilən terror hücumunda 2 nəfər həyatını itirib 27 nəfər də yaralanıb.
Әlaqәli Xәbәrlәr

Suriyanın Haseke şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
5,2 bal gücündə zəlzələ Türkiyənin Cənub-Şərqi Anadoludakı vilayətlərində də hiss edilib.