Bəhreyn Kralı hökumətin yeni tərkibini təsdiq etdi
Bəhreyndə keçirilən parlament və yerli seçkilərdən sonra Kral Həməd ibn İsa Əl Xəlifə 18 nazirdən ibarət yeni kabineti təsdiq etdi.
1100667

Bəhreyndə keçirilən parlament və yerli seçkilərdən sonra Kral Həməd ibn İsa Əl Xəlifə 18 nazirdən ibarət yeni kabineti təsdiq etdi.
Bəhreyn rəsmi agentliyi BNA-nın yaydığı xəbərə görə, dünyada baş nazir vəzifəsini ən uzun müddət icra edən Xəlifə ibn Salman Əl Xəlifənin rəhbərliyi altında qurulan yeni hökumətdə Gənclər və Maliyyə nazirləri dəyişdirilib.
Bəhreynin vəliəhd şahzadəsi Salman ibn Həməd Əl Xəlifə isə Baş nazirin birinci müavini vəzifəsinə təyin olunub.
Bəhreyndə parlament və yerli seçkilərin birinci mərhələsi noyabrın 24-də, ikinci mərhələsi isə dekabrın 1-də keçirilmişdi.