İranda on minlərlə uşaq təhsil ala bilmir

İranın cənub-şərqindəki Sistan və Belucistan ostanlarının təhsildə ölkənin ən geridə qalan bölgələri olduğu və bunun təhlükəsizlik məsələsində problemlər yaratdığı bildirildi.

1100220
İranda on minlərlə uşaq təhsil ala bilmir

İranın ISNA informasiya agentliyinin yadığı xəbərə görə, ölkənin cənub-şərqində Pakistanla sərhəddə yerləşən Sistan və Belucistan ostanlarında on minlərlə uşaq müxtəlif səbəblərdən ibtidai təhsil ala bilmirlər.

Bu ostanları ölkənin  təhsildə ən geridə qalan bölgələri kimi səciyyələndirən Milli Təhsil İdarəsinin müdir müavini Həsən Nevruzi  ölkədə təsilini davam etdirə bilməyən 142 min uşağın təxminən 50 faizinin buradan olduğunu qeyd etdi. 

Ostanda xüsusilə, qız uşaqlarının bölgə xalqının özünəməxsus mədəniyyəti və ənənələri səbəbindən təhsildən məhrum qaldıqlarını ifadə edən Nevruzi: "Təhsildə geri qalanların çoxunu kiçik yaşlarında ailələri tərəfindən ərə verilən qız uşaqları təşkil edirlər" dedi.

Ucqar bölgələrdə məktəblərin yaşayış məntələrindən uzaq olmasının da uşaqların təhsil ala bilməməsinin səbəblərindən biri olduğunu dilə gətirən Nevruzi bu problemi həll etmək üçün bölgədə bir sıra yeni məktəbin açıldığını söylədi.

Digər tərəfdən, Zahidan şəhərinin millət vəkili Alim Yar Məhəmmədi uşaqların təhsil ala bilməmələrinin bölgədə təhlükəsizliklə bağlı problemlərin ortaya çıxmasına səbəb olduğunu qeyd etdi.

Bölgədəki terror qruplarının təhsillərini davam etdirə bilməyən insanlardan istifadə etdiyinə diqqət çəkən Məhəmmədi: "Tədqiqatlar  terror qruplarına qoşulanların əsasən az təhsilli, və ya tamamilə savadsız insanlardan ibarət olduğunu göstərir" dedi.

 

 



Әlaqәli Xәbәrlәr