İraqda sel nəticəsində ölənlərin sayı 21-ə çatıb

İraqda iki gün yağan aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 21-ə çatıb.

1094795
İraqda sel nəticəsində ölənlərin sayı 21-ə çatıb

İraqda iki gün yağan aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 21-ə çatıb.

İraq Səhiyyə Nazirliyinin nümayəndəsi təkcə Vasıt vilayətində selin yeddi nəfərin həyatına son qoyduğunu, 180 nəfərin isə xəsarət aldığını açıqlayıb.

İraqın Baş naziri Adil Abdulmehdi isə açıqlamalarının birində fəlakət bölgəsinə yardımların çatdırılması, dəymiş zərərin qiymətləndirilməsi və xalqın təhlükəsizliyinin təmin olunması üçün təcili yardım qərargahı yaradıldığını bildirib.

İraq Məclisinin sədri Məhəmməd Halbusi də sel fəlakətindən əziyyət çəkən ölkədə daxilindəki qaçqınlar üçün BMT və digər bir sıra təşkilatları yardıma çağırıb.



Әlaqәli Xәbәrlәr