YPG/PKK Suriyada nümayiş keçirən xalqa atəş açdı

Separatçı terror təşkilatı YPG/PKK Suriyanın Haseke şəhərinin İraqla sərhədindəki Şəddadi rayonunda nümayiş keçirən xalqa atəş açdı.

1091350
YPG/PKK Suriyada nümayiş keçirən xalqa atəş açdı

Separatçı terror təşkilatı YPG/PKK Suriyanın Haseke şəhərinin İraqla sərhədindəki Şəddadi rayonunda nümayiş keçirən xalqa atəş açdı.
 
 Hasekedəki yerli mənbələrdən alınan məlumata görə, Şəddadidə YPG/PKK-nın təzyiq və yüksək vergi tətbiqinə qarşı üç gün əvvəl başlanan etirazlar dünən gecə xalqın minomyot atəşinə tutdulmasından sonra  şiddətlənib.
 
Mitinqlərin yatırılması üçün Amerika Birləşmiş Ştatlarının dəstək verdiyi müttəfiqi YPG/PKK nümayişçilərə ağır silahlarla atəş açıb.
 
 Nümayişçilər arasında yaralananların olduğu bildirilir.
 
 Təşkilat Şəddadi rayona giriş və çıxışları bağlayıb. 
  
Rayonda hələlik sakitlik hökm sürür.
 
 Qeyd edək ki, Şəddadi Suriyanın İraqla sərhədində, Haseke və Deyrizor rayonlarının kəsişməsində yerləşir. Hər iki rayonda  tez-tez YPG/PKK əleyhinə nümayişlər keçirilir.



Әlaqәli Xәbәrlәr