Suriyadakı DEAŞ əleyhinə koalisiyanın birgə nəzarətə dair açıqlaması

Suriyadakı DEAŞ əleyhinə koalisiyanın Birləşmiş Vəzifə Qüvvəsi komandan müavini ingilis Kristopher Qika  Münbiçin təhlükəsizliyinin təmini üçün verdiyi dəstəyə görə Türkiyəyə minnətdar olduğunu bildirdi.

1087686
Suriyadakı DEAŞ əleyhinə koalisiyanın birgə nəzarətə dair açıqlaması

Suriyadakı DEAŞ əleyhinə koalisiyanın Birləşmiş Vəzifə Qüvvəsi komandan müavini ingilis Kristopher Qika  Münbiçin təhlükəsizliyinin təmini üçün verdiyi dəstəyə görə Türkiyəyə minnətdar olduğunu bildirdi.

General Qika ABŞ-ın Müdafiə Nazirliyindən (Pentaqon) vidəo-konfrans vasitəsilə Türkiyə və ABŞ-ın Münbiçdə həyata keçirdiyi ortaq nəzarət proqramına dair açıqlama verdi.

General Münbiçdə DEAŞ-ın yenidən ortaya çıxmasının qarşını almaq və qaçqınlarla evlərini tərk edən insanların qayıtmasına imkan yaradılmasının hədəfləri arasında olduğunu söylədi.

Qikaya Türkiyənin Suriyanın şimal-şərqində terror təşkilatı YPG/PKK-ya məxsus düşərgələri vurmasından sonra ABŞ-ın bölgədə nəzarət fəaliyyətlərinə başladığı xatırladıldı.

General bunun qarşısında dedi ki, orada hələ də gərgin vəziyyət var. Gərginliyi azaltmaq tərəflərin mənfəətinədir. Beləliklə biz də DEAŞ-ın daimi şəkildə məğlub olmasını diqqətdə saxlayağın. İki birgə nəzarətimiz oldu və xeyli səmərəli keçdi. Plana sadiq şəkildə fəaliyyətləri davam etdiririk.

Türkiyənin YPG/PKK düşərgələrinə top atəşi davam edəcəyi təqdirdə ABŞ-ın Münbiç ortaq nəzarətini dayandırıb dayandırmayacağına dair suala cavabən general bildirib ki, Münbiç yol xəritəsi iki NATO tərəfdaşı arasındakı ikitərəfli sazişdir. DEAŞ təhdidinə qarşı Münbiç xalqının təhlükəsizliyini tmin etmək üçün birgə işləməliyik. Bunun necə irəliləyəcəyini təxmin etməyə cəhd göstərmək spekulasiya olar deyə fikirləşirim. Bu birgə nəzarət işləri sonuncu vəziyyət deyil. Bunun sona çatacağına dair bir təqvim yoxdur və Münbiç xalqının təhlükəsizliyini təmin etmək məqsədilə davam edən bir prosesdir.



Әlaqәli Xәbәrlәr