Qəzzada gərgin vəziyyət davam edir

İsrail hərbi təyyarələrinin Qəzza zolağına aviahücumu nəticəsində 4 fələstinli həyatını itirib, 8-i yaralanıb.

1086555
Qəzzada gərgin vəziyyət davam edir

Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudranın yaydığı məlumata görə İsrail işğal qüvvələrinin Qəzza Zolağının şimalında və Rifah şəhərinin şərqində bir qrup fələstinliyə istiqamətli aviazərbə endiriblər. Nəticədə 4 Fələstinli həyatını itirib.

İsrail ordusunun açıqlamasında isə bildirilib ki, Qəzzadan İsrail tərəfinə atılan raketlərdən biri avtobusa isabət edib. qüvvələrimiz  buna  cavab  olaraq  bölgəyə hücum təşkil ediblər. Bəyanatda, Qəzzadan İsrail ərazilərinə 80-dən çox raket atıldığına diqqət çəkilib. Raketlərdən birinin də bir binaya dəyməsi nəticəsində 1 nəfərin ağır yaralandığı bildirilib.

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu, Qəzzada gərginliyin tarıma çəkilməsinə görə paytaxt Tel -Avivdə Müdafiə naziri Aviqdor Liberman və Baş qərargah rəisi Qadi Eisenkot  ilə  vəziyyəti müzakirə etmək üzrə bir araya gəlib.



Әlaqәli Xәbәrlәr