Cerablus rayonunda bomba yerləşdirilmiş avtomobil partladıldı

Suriyanın şimalında yerləşən Cerablus rayonunda bomba ilə təchiz edilmiş avtomobilin partladılması nəticəsində bir nəfər hiyatını itirib, 24-ü yaralanıb.

1086328
Cerablus rayonunda bomba yerləşdirilmiş avtomobil partladıldı

Məlumata görə, Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Fərat Qalxan Əməliyyatı nəticəsində terorçulardan təmizlənən Cerablus rayonunda, Əhməd Səlim Mula adına məktəbin önündə törədilən hadisə nəticəsində yaralanan 24 nəfərdən vəziyyəti ağır olanlar müalicə məqsədiylə Türkiyəyə gətiriliblər.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr